Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevi 24 dekabr — doğum günü münasibətilə dərin hörmət və ehtiramla təbrik edirik.
Cənab Prezidentin müdrik rəhbərliyi, qətiyyətli siyasi iradəsi və milli maraqlara söykənən dövlətçilik strategiyası nəticəsində Azərbaycan öz tarixinin ən şərəfli mərhələsinə qədəm qoymuşdur. 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər xalqımızın sınmayan iradəsinin, Ali Baş Komandanın sarsılmaz liderliyinin parlaq təzahürü oldu.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesinin uğurla reallaşması təkcə azad edilmiş torpaqlarımıza deyil, eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın da qəlbində tarixi ədalətin bərpasına, doğma yurd yerlərinə qayıdışa olan ümid və inamı daha da möhkəmləndirir.
Mığrı (Meğri) elindən olan soydaşlarımız bu siyasəti milli yaddaşın qorunması, tarixi torpaqlara bağlılığın və gələcəyə inamın bariz nümunəsi kimi qiymətləndirir, dövlət başçısının qətiyyətli mövqeyini yüksək dəyərləndirirlər.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda güclü dövlətə, söz sahibi olan siyasi mərkəzə çevrilmiş, öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edən ölkə kimi beynəlxalq nüfuz qazanmışdır.
Bu əlamətdar gündə cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ali dövlətçilik fəaliyyətində yeni uğurlar, Azərbaycan xalqına isə daim sülh, rifah və əmin-amanlıq arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Mığrı (Meğri) icmasının rəhbərliyi adından
və Mığrı (Meğri) elinin adından
Doğum gününüz mübarək, cənab Prezident!
Yaşasın müstəqil və qalib Azərbaycan!
Əlavə şəkillər