Qayıdış: Qadınların Gücü, Gənclərin Ümidi

Gallery Image 1
20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Mığrı (Meğri) Rayon İcmasının Qadınlar və Gənclər üzrə Təşkilat Komitəsinin təşkilatçılığı ilə “Qayıdış: Qadınların Gücü, Gənclərin Ümidi” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Tədbirin açılışında Mığrı (Meğri) Rayon İcmasının sədri, akademik Fikrət müəllim Əliyev çıxış edərək Qərbi Azərbaycana qayıdış prosesində qadınların rolundan, bu ideyanın formalaşmasında Ulu Öndər Heydər Əliyevin siyasi xəttindən və bu gün həmin yolun Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və zəhmətləri sayəsində real mərhələyə keçdiyindən bəhs etdi. Tədbirdə Qərbi Azərbaycana qayıdış ideyası, qadınların milli-mənəvi dəyərlərin qorunmasındakı rolu və gənclərin gələcək məsuliyyəti ön plana çəkildi. Çıxışlarda milli birlik, həmrəylik və torpağa bağlılıq əsas mövzu oldu. 📋 Plana uyğun olaraq tədbirdə çıxış etdilər: Nərminə Məmmədova – qadınlar üzrə məsul şəxs Kəmalə Haqverdiyeva – Lök kəndi Sədaqət Həsənova – Nüvədi kəndi Nanə Məmmədova – Aldərə kəndi Elmiyyə Abdullayeva – AMEA əməkdaşı (Lök kəndi) Sevinc Tofiqqızı – bəstəkar (Nüvədi kəndi) Cəmilə Babayeva – Lehvaz kəndi Turac xanım – Lehvaz kəndi Sənubər Musayeva – Lehvaz kəndi Dildar İlyasqızı – Aldərə kəndi Şəbnəm Rüstəmova – Nüvədi kəndi (gənclər üzrə məsul şəxs) Tədbirin sonunda Qərbi Azərbaycan İcması sədrinin müavini Bə-RƏHMAN Zairov çıxış edərək mehri.net platformasının ictimai əhəmiyyətini, bu istiqamətdə aparılan işlərin real və davamlı olduğunu vurğuladı, həmçinin Times proqramı üzərindən kommunikasiyanın daha da gücləndirilməsinin vacibliyini qeyd etdi. Tədbir xatirə şəkli ilə yekunlaşdı.
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
Məqaləni paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar