Yalnız azərbaycanlılardan ibarət olan Maralzəmi kəndinin sakinlərinin əsas məşğuliyyətləri heyvandarlıq və maldarlıq olmuşdur. Kənd təsərrüfatının əsas hissəsi olan əkin-biçinlə yalnız öz ailələrinin ehtiyaclarını qarşılamaq məqsədilə məşğul olmuşlar.
Birinci dünya müharibəsi ərəfəsində erməni daşnaqlarının millətimizə qarşı apardığı düşmənçilik gizli fazadan çıxıb açıq-aşkar düşmənçiliyə keçdi. Silahlanmış erməni dəstələri kəndlərə soxulub qoca, qadın, uşaq demədən hamını qətlə yetirmişlər. Silahı olanlar müqavimət göstərməyə çalışsalar da, qüvvələr qeyri bərabər olma səbəbindən kəndlərdə yaşayan azərbaycanlılar slahlı ermənilər qarşısında tab gətirə bilməyib, evini, mal-heyvanını, bir sözlə hər şeylərini atıb qaçmaq məcburiyyətində qalmışlar.
Bir neçə il qaçqınlıq həyatına dözə bilməyənlərin bir hissəsi dünyasını dəyişmişdir. Sovet höküməti qurulduqdan sonra, əmin-amanlıq olduğunu görüb, vətən həsrətli insanlar geri qayıtmışlar. Gəlib görmüşlər ki, ev-eşikləri dağılmış, yurdları tarimar olunmuşdur. Hər şeyi yenidən qurub yaratmağa başlamışdılar.
Bu səfər kolxoz qurulması ortaya atılmış və əhalinin mal-heyvanını, qoyunlarını əllərindən almışlar. 1930-cu illərdən başlayaraq kəndlərdə kolxoz yaratmağa başlamışlar. Maralzəmidə də kolxoz yaranandan sonra kolxoz sədrləri təyin etməyə (sənəddə guya kənd camaatı seçir) başlamışlar.
Bu illər ərzində Maralzəmi kolxozuna aşağıda adları qeyd edilən kolxoz sədrləri başçılıq etmişlər:
Kəndlərdə kolxoz sədrindən başqa kənd sovet sədri vəzifəsi də mövcud olmuşdur. Maralzəmidə kənd sovetinə aşağıda adları qeyd edilənlər sədrlik etmişlər: