(Mənsur miniatür)
Ötən gecə bir röya gördüm. Röyamda gördüm, illərlə ayrı düşdüyüm Vətənimdə, Mığrıda - Əldərədəyəm. Yenə hər tərəf əvvəlki kimi gül-çiçəkdir, hamı sevinir, şadlanır. Quşlar yuvalarına qayıdıb həmişəki kimi cəh-cəh vurur, arılar sevinclə vızıldaşıb pətəklərin başına dolanır. Mən də sevinirəm, axır ki yurduma qayıtdım...
Birdən səs eşidirəm: “Sülh bayrağı qaldırın, nəyə lazımdır müharibə, insan-insana qardaş olmalıdır. Hamı bir-b...